“Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir” - OQTAY ƏSƏDOV

  • By admin
  • 28 Mart 2017 15:36

oqtay-pedro

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Oqtay Əsədov Pedro Aqramuntun AŞPA-nın sədri kimi Azərbaycana səfərini xatırlayıb və onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə yaxşı məlumatının olduğunu qeyd edib.

Görüşdə qeyd olunub ki, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələr genişlənir. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.

Gununsesi.info