Vüsal Hüseynov İnsan Haqları üzrə İşçi Qrupa üzv seçildi

  • By admin
  • 01 İyun 2016 16:41

ASHPA 1

İnsan Haqları üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Gununsesi.info xəbər verir ki,  iclasda ölkədə insan haqlarının vəziyyəti ilə yanaşı qurumun təşkilati məsələlərinə də baxılıb. Məsələ barəsində məlumat verən işçi qrupun həmsədri Səməd Seyidov deyib ki, 2015-ci ildə parlamentə keçrilən seçkilər zamanı parlamentin tərkibində, eyni zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişikliklər olub. “Yeni üzvlər seçilib, ona görə də İşçi Qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Odur ki, Vüsal Hüseynov Azərbaycanın AŞPA-dakı yeni üzvüdür və onun İşçi Qrpunun üzvlüyünə seçilməsi təklif olunur” , – deyə S. Seyidov vurğulayıb.

HTML tutorial

Səsvermə nəticəsində V. Hüseynov İQ-nin yeni üzvü seçilib.

Mürtəza Bünyadlı

Gununsesi.info