
Avropa Parlamentinin üzvü Viola Von Kramon-Taubadel Azərbaycan və Avropa İttifaqı münasibətləri barədə Amerikanın Səsinə danışıb.
Gununsesi.info-nun xəbərin görə, almaniyalı deputat Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığının vəziyyətinə dair narahatlıq ifadə edib.
O, müsahibəsində Avropa İttifaqının Azərbaycanla münasibətlərə böyük önəm verdiyini deyib: “Bu münasibətlərin inkişafı vacibcdir. Münasibətləri təhlil edəndə Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə iqtisadi, ticari əlaqələrdə maraqlı olduğu görünür. Ancaq biz bunu insan hüquqları , azad medianın inkişafı məsələrində görə bilmirik. Bu sahədə Azərbaycanda ciddi problemlər mövcuddur”.
Tərcümə:
Afət