Azərbaycanın Baş prokuroru İranda görüşlər keçirib

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda işgüzar səfərdədir.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

HTML tutorial

İlk olaraq İranın Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını səmimi salamlayan İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönələn səfər zamanı baş tutacaq görüşlərin müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib.

İki ölkənin baş prokurorluqları arasında belə geniş formatda görüşün ilk dəfə keçirilməsi məmnunluqla vurğulanıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ikitərəfli qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanaraq, hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji və humanitar məsələlər müzakirə edilərək narkotiklərin qanunsuz dövriyyəsi, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi problemləri müzakirə edilib. İki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Kamran Əliyev iranlı həmkarını ölkəmizə işgüzar səfərə dəvət edib. Qurumlar arasında əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.

Daha sonra Baş prokuror İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüş keçirib.

Nazir 44 günlük Vətən müharibəsində parlaq qələbə münasibətilə ölkəmizi təbrik edib.

Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulayıb.

İki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində baş prokuror ölkəmizin Tehrandakı səfirliyinə gedərək xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsi ehtiramla yad olunub.

Görüşlərdə ölkəmizin İranda fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

10:43

İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı İranın baş prokuroru, hüquq-mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info