Azərbaycanın beynəlxalq təşkilatlarından birləşmə qərarı

Azərbaycanın beynəlxalq təşkilatlarından birləşmə qərarı

Gununsesi.info xəbər verir ki, Mərkəzi İsveçin Malmö şəhərində yerləşən , tanınmış ictimai xadim (keçmiş DAK sədri) Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və mərkəzi Almaniyanın Köln şəhərində yerləşən  Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri, Rəşad Quliyevin arasında görüş keçirilmişdir. Görüşdə dünyada  mövcud olan Azərbaycan təşkilatlarının fəaliyyəti, Azərbaycanın tanıdılması istiqamətində görülən və görüləcək işlər müzakirə edilmişdir. Müzakirənin sonunda mühüm qərar qəbul edilmişdir : Beləki,  hər iki təşkilat arasında birləşmə haqqında razılaşma əldə edildi və ilkin əldə olunan  razılığa əsasən   qurultayın sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alındı.

Qeyd edək ki , bugünlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatların birgə bəyanat yayaraq birlik qurultayını dəstəkləyəcəklərini bəyan edəcəkləri gözlənilir.

Birlik qurultayına ilk dəsətəklər də artıq var. Beləki , Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev , Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Alexsander Şapiro Suliman öz qurumlarında bu məsələni müzakirə etdiklərini birlik qurultayı ideyasının müsbət qarşılandığı və təşkilat olaraq birlik qurultayına dəstək verəcəklərini bəyan ediblər. Yaxın günlərdə iş adamı , ictimai xadim Fizuli Məmmədovun rəhbərlik etdiyi,  Dünya Azərbaycanlıları İttifaqının Ümumi Şurası da birlik qurultayı ilə bağlı müzakirələrin keçirələcəyi və daha sonra təşkilatlarının bu qurultayla bağlı qərarlarını ictimaiyyətə açıqlayacaqları gözlənilir.

Bu birlik ideyası ətrafında ölkəmizin xaricində bir çox təşkilatların qoşulacağı gözlənilir.

Gununsesi.info

COMMENTS