Azərbaycanın bu bölgələrində yanğın olub - XƏSARƏT ALAN VAR

  • By admin
  • 14 Sentyabr 2017 10:18

yanginjpg

Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanıb.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, yanğın zamanı ev sahibi tüstüdən zəhərlənmiş və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi Ucar rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi müxtəlif yanıq xəsarətləri almış və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info