Azərbaycanın bu il qızıl ixracından gəlirləri 19%-dək azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 143 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 13,9% azdır.

“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 166,1 mln. dollar təşkil edib.

HTML tutorial

 

Məlumata görə, bu ilin oktyabr ayında Azərbaycan 14,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 87,2% çoxdur.

Gununsesi.info