Bu gün BMT İnsan Hüquqları Şurasında Azərbaycan üzrə Vətəndaş cəmiyyəti təşkilatlarının təqdimatlarına həsr olunmuş toplantısı işinə başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, sessiyanın açılış mərasimində çıxış edən Azərbaycanın Cenevrədəki daimi təmsilçisi Qalib İsrafilov təbdir iştirakçılarına hörmətsizlik edib.
Belə ki, insan hüquqları və əsas azadlıqları mövzusundan yan keçən diplomatımız çıxışını ölkədəki tikinti-quruculuq işləri üzərində qurub.
Qalib İsrafilov bir neçə cümlə ilə insan hüquqları və qanunun aliliyindən bəhs edib.
O, bildirib ki, Azərbaycanda dialoq mühiti hökm sürür.
Bu sözlərindən sonar hesabatlarla tanış olmayan səfir zalı tərk edib.
Bir çox tədbir iştirakçıları bunu hörmətsizlik kimi qiymətləndirib.
Elmar
Gununsesi.info