“Azərbaycanın çox pulu var, istədiyini ala bilir” – Paviçeviç

  • By arzu
  • 13 Yanvar 2021 13:38

Serbiya Futbol Federasiyasının futzal üzrə direktoru Boyan Paviçeviç futzalda milliləşməyə münasibət bildirib.

 

Gununsesi.org apasport.az-a istinadla bildirir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bir neçə komandanın bu sayədə gücləndiyini söyləyib.

Paviçeviç Braziliya, İspaniya və Rusiyadan başqa daha bir neçə yığmanın supergüc olduğunu düşünür ki, onlar arasında Azərbaycan millisini də göstərib: “Bəzi braziliyalılar Azərbaycan, Gürcüstan və Qazaxıstanda oynayırlar, buna görə də dünya futzalının zirvəsindədirlər. Onların çox pulları var, istədiklərini ala bilirlər. Rumınlarda 3, ruslarda 4, italyanlarda isə 10 braziliyalı var. Bu bir fəlakətdir, bunu dəstəkləmirəm. Mənası olmadığı üçün qarşı çıxan komandayıq”.

Gununsesi.org