Brus Li heyranı azyaşlı uşaq bacarığı ilə görənləri heyrətə gətirir.
Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, 7 yaşlı Əli Səfərov həm hərəkətləri, həm də görünüşü ilə özünü çinli əfsanəyə bənzədir.
Əli Səfərov 4 ildir hər gün çox sevdiyi idamçı – aktyorun kinolarına baxıb, ona bənzəmək üçün dəridən- qabıqdan çıxır.
Balaca Brus Li dayanmadan 10-dan artıq pres və jim vura bilir.
Hətta Brüs Li kimi 2 barmağının üstündə tək əllə jim edir.
Bir çox idmançının belə bacarmadığı Brus Liyə məxsus bu hərəkəti isə daha həyəcanlıdır.
Balaca Əli kumirinə oxşamaq üçün bədənini də unutmayıb.
Əlinin atasının sözlərinə görə, oğlunun qollarını bükmək də çətindir.
Balaca Brus Linin idmana həvəsi çox olasa da, dərslərlə arası yaxşı deyil. 1-ci sinifdə təhsil alan Əlinin arzusu Brus Li kimi tanınmış və güclü bir idmançı olmaq və tanınmaqdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Gununsesi.info