Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində mübarizə aparıb

  • By ilhame
  • 21 İyun 2024 13:30

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb.

 

Gununsesi.info-ya Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 17 yaşadək idmançılar arasında, 81 kq çəki dərəcəsində qüvvəsini sınayan atlet 8-ci olub.

 

Heydərov toplam 271 kq-ın (126+145) öhdəsindən gəlib.

 

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.

Gununsesi.info