Azərbaycanın daha iki cüdoçusu finala yüksəlib

  • By ilhame
  • 18 Fevral 2024 15:13

Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də finala yüksəlib.

 

Gununsesi.info-nun məlumatına görə, Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) həlledici raunda vəsiqə qazanıblar.

 

Vüqar Talıbov isə (90 kq) bürünc medal uğrunda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Gununsesi.info