Azərbaycanın dostu Moskvadan deputat seçilə bilər

  • By admin
  • 23 İyul 2021 17:57

Rusiya mediasında Azərbaycanın maraqlarını müdafiə edən çıxışları ilə rəğbət qazanmış Maksim Şevçenko parlament seçkilərinə qatılacaq.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Şevçenko Moskvanın mərkəzində yerləşən 208 saylı dairədən deputatlığa namizədliyini irəli sürüb. O yeni yaratdığı Rusiya Sosial Ədalət Partiyasının seçki siyahısında ilk yerdə qərarlaşıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 19-da keçiriləcək.