Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 273,9 milyon manat, xərcləri isə 18 433,6 milyon manat təşkil edib.
Gununsesi.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,8% və 3,7% çoxdur.
Son nəticədə büdcədə 840,3 milyon manatlıq qalıq yaranıb.
Gununsesi.org