
Azərbaycan tarixən zəngin tarixi, milli, mənəvi, multikultural adət-ənənələrə malik cəmiyyətdir və həmin dəyərlərə bu gün də sadiqdir. Azərbaycan bu bəşəri dəyərləri qlloballaşan dünyamızda nəinki qoruyub saxlayır, eyni zaamanda onu dünyaya təqdim etmək istiqamətində böyük işlər görməkdədir.
Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, Azərbaycan qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən çoxsaylı tarixi abidələri, sənət əsərləri, musiqisi mövcuddur.
“Müstəqilliyimizi bərpa etdikdən sonra bu zəngin milli irsimizin qorunub saxlanılması, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində böyük işlər görülüb və hazırda bu sahədə görülən tədbirlər davam etdirilir. Bu istiqamətdə bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət başda cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirlməkdədir. Azərbaycanın mədəni irsinin dünyada təbliği və ölkəmizin səsini dünyaya çatdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır. Məhz Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılması və beynəlxalq aləmdəki fəaliyyətinə görə Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb”, o qeyd edib.
İmamverdi İsmayılov
Deputat əlavə edib ki, məhz Birinci vitse-prezidentin Azərbaycanın fəaliyyəti nəticəsində Azərbaycanın muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edilib:
“2009-cu ildən başlayaraq, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində genişmiqyaslı işlər görülməyə başlanılıb.
Məhz cənab Prezident və Birinci vitse-prezidentin səyi nəticəsində bu gün Azərbaycan dünyada multikultural, sivilizasiyalararası mədəniyyət mərkəzi kimi qəbul edilməkdədir. Azərbaycanın tarixi milli, mədəni, dini irsindəki adət-ənənələrinin təbliğinin nəticəsidir ki, hər il Bakı dünyanın humanitar dilaoq mərkəzinə çevrilib və qlobal humanitar problemlər ölkəmizdə müzakirə olunur. Hətta BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və digər mötbər tədbrilər Bakıda keçirilib və keçirilməkdədir. Bir sözlə, bu gün cənab Prezident və Birinci vitse-prezidentin bu sahəyə diqqəti nəticəsində nəinki Azərbaycan öz zəngin tarixi milli, mədəni irsini dünyaya təqdim edir, eyni zamanda dünyanı narahat edən məsələlərin müzakirə edildiyi mərkəzə çevrilir. Bu isə ölkəmizə gələn qonaqların Azərbaycanın zəngin tarixi ilə əyani şəkildə tanış olmasına imkanlar yaradır.
Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra cənab Prezident və Birinci vitse-prezidentin diqqət yetirdiyi əsas məsələlərdən bir də həmin ərazilərdəki tarixi, mədəni. dini irsimizin yenidən bərpası və onların Azərbaycana məxsus olmasını dünyaya təqdim etməkdir. Çünki ermənilər bizim abidələrimiz ya məhv ediblər, ya da ki, bir çoxlarını saxtalaşdırmaqla öz adlarına çıxıb dünyaya dünyaya təqdim ediblər. Ermənistan, torpalarımız kimi, tariximizi və milli- mədəni irsimizidə mənimsəyərək öz adlarına çıxıblar. İndi cənab Prezident və Birinci vitse-prezident həmin saxtalaşdırılan abidələrimizi və tariximizi “işğaldan” azad etmək istiqamətində çox böyük səylər göstərirlər. Qarabağ və Şərqi Zəngəzur tarixi ilə bağlı kitablar müxtəlif dillərdə hazırlanıb dünyada yaymlanmaqdadır.
Cənab Prezdent İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği sahəsində gördüyü ilər o qədər geniş və əhatəlidir ki, onu qısa bir fikirlər və ya yazıda əhatə etmək qeyri-mümkündür. Görülən bu məqsədyönlü işlər müstəqil Azərbaycanın tərəqqisi, inkişafı, güclənib, qüdrətlənməsi yolunda görülən möhtəşəm işlərin ayrılmaz tərkib hissəsidir”.
Milli Məclisin deputatı Aydın Hüseynov Gununsesi.info-ya bildirib ki, qədim dövlətçilik tarixi olan Azərbaycan çox zəngin dövlətçilik tarixinə, yüksək elmə, mədəniyyətə sahib ölkədir.
“Əsrlər boyunca bütün bunlar Azərbaycan cəmiyyətinin dəyərlər sistemini formalşadıraraq milli adət-ənənə halını alıb. Xalqımız bütün tarixi boyunca öz milli tarixi, mədəni adət-ənənələrinə sahib çıxıb, onu qoruyub inkişaf etdirib. Zəngin adət-ənənlərimiz dünya ölkələrində təbliğ olunub və bu gün də bu istiqamətdə təliğat işləri həyata keçirilir”, – deyə o əlavə edib.
Aydın Hüseynov
Deputat bildirib ki, bunun nəticəsində elm və mədəniyyət sahəsində də böyük inkişafa nail olunub:
“Müasir dövlətçilik tariximizdə bütün bu istiqamətdə dövlət ən yüksək səviyyədə işlər görür, inkişafa doğru addımlar atır. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin və onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin fəaliyyəti dövlətçilik tarixinə böyük diqqət, milli-mədəni irsimizin qorunması yürüdülən siyasətin ana xəttini təşkil edib. Dövlətçilik tarixinə verilən böyük diqqət nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi dövlətçilik tarixininin elm və mədəni irsinin təbliği istiqamətində bir çox uğurlara imza atıb. Bugünkü uğurlaırmız, qələbələrimiz milli-mənəvi dəyərlərin qorunması, inkişafı hesabına əldə olunub.
Prezident İlham Əliyev gənclərlə görüşü zamanı milli-mənəvi dəyərlərin önəmini belə ifadə etmişdi:
“Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub.
Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.
Göründüyü kimi, dövlətin müstəqilliyi, suverenliyi, təhlükəsizliyi üçün ilk növbədə milli-mənəvi dəyərlərin qorunması lazımdır. Milli-mənəvi dəyərlərin aşınması ölkənin gələcəyi üçün də ciddi problemlər yarada bilər”.
Deputat eyni zamanda əlavə edib ki, milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin, xalqın mənəvi, mədəni siması deməkdir:
“Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb, çünki özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib və yenə də töhvələr verməkdədir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu isbatlayan özünəməxsus adət və ənənələri onun keçmişi ilə bu günü, eləcə də gələcəyi arasında sarsılmaz bir mənəvi bağlılığı əks etdirir. “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”,- deyən Ulu Öndər Heydər Əliyev adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu hər zaman yüksək qiymətləndirib.
Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr, eləcə də həmin adət-ənənələrin formalaşdırdığı milli dəyərlər sistemi arasında qırılmaz bağlılıq, vəhdət danılmazdır. Çünki əxlaqi, milli vətənəpərvərlik baxımından cəmiyyəti düzgün istiqamətə yönəldən ilk növbədə, adət və ənənələrdir və hər bir dövlətin gücü də məhz həmin dəyərlərin cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən birbaşa asılıdır. Öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan məhz adət-ənənələrdir, insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirir.
Sevindirici haldır ki, vətənimiz Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, hətta sıravi vətəndaşlar belə əllərindən gələni edirlər. Azərbaycanın qalib ölkə, regionda lider kimi tanınması və qəbul edilməsi, eləcə də dəyərlərimizə, mənsub olduqlarımıza hörmətlə yanaşılması heç də təsadüfi deyil, məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sayəsindədir.
Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği hər zaman aktual məsələ hesab olunur. Çünki biz öz tariximizi, bizə məxsus olan milli adət-ənənələrimizi, elm və mədəniyyətimiz həm dərindən öyrənməli, bilməli və təbliğ etməliyik ki, məkrli niyyət güdən düşmənlərin, bizə məxsus olanlara sahib çıxmaq istəyənlərin öz məqsədlərinə çatmalarına imkan verməyək, bizə məxsus olanları qoruyaq”.
Şəbnəm Rəhimova
Gununsesi.info