Azərbaycanın dünya birliyinə inteqrasiyası: Qazanılmış uğurlar - AÇIQLAMA

  • By admin
  • 06 Noyabr 2023 17:02

Sülh, sıx əməkdaşlıq Azərbaycanın yürütdüyü xarici siyasətin ana xəttini   təşkil etdiyindən  dünya birliyinə inteqrasiyada maraqlıdır və bu  istər beynəlxalq, istər regional təşkilatların işində fəal  iştirak edir.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu xarici siyasət  cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Prezident İlham Əliyevin  yürüdütü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan   beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub. Məhz bunun nəticəsi olaraq, Azərbaycan gənc ölkə olmasına  baxmayaraq   BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Bu gün Azərbaycan beynəlxalq və regional təşkilatların işində fəal rol oynamaqdadır”, – deyə deputat qeyd edib.

Müşfiq Cəfərov

Deputat əlavə edib ki,  Azərbaycan hazırda  dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına  sədrlik edir: “Azərbaycan  sədrliyi dövründə bu təşkilatın beynəlxalq aləmdə  rolunun artması və nüfuzunun möhkələnməsi istiqamətində gördüyü fəaliyyətinə  görə, quruma  sədrlik müddəti uzadılıb. Bu, Azərbaycanın  beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edib, dünya birliyinə inteqrasiyasındakı rolunun göstəricisidir. Azərbaycan pandemiya dövründə quruma sədrliyi dövründə beynəlxalq aləmin pandemiyaya qarşı  effektiv mübarizə aparması məqsədi ilə  vahid cəbhədə birləşməsi istiqamətindəki təşəbbüsləri üzv ölkələr tərəfindən dəstəklənib. Azərbaycanın təşəbbüsü  nəticəsində BMT-nin xüsusi sessiyası keçirilib. Azərbaycanın rəhbərliyi Qoşulmama Hərəkatı aparıcı  rola malik  bir təşkilata çevrilib.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə isə pandemiya ilə bağlı ilk təşəbbüslə çıxış edən təşkilat olub. Bir sözlə Azərbaycan hansısa regional və beynəlxalq təşkilata rəhbərlik edibsə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib”, – o bildirib.

Bu gün Azərbaycan təkcə regional, beynəlxalq təşkilatlarla yanaşı,  qonşu dövlətlərə və qonşu region ölkələri  ilə  ikitərəfli, çoxtərəfli formatlarda sıx əmədaşlıq etməkdədir: “İkinci Qarabağ savaşından sonra isə Azərbaycan yaratdığı yeni reallığa uyğun olaraq  bu istiqamətidəki fəaliyyətini daha da sürətləndirib. Bu da öz effektini verməkdədir.  Bu, istər Cənubi Qafqazda 3+3 formatında, istərsə Mərkəzi Asiya ölkələri, istərsə Avropa ölkələri ilə sıx əmkdaşlıq etməkdədir. Bu da  öz bəhrəsini verməkdədir.  Bu  həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə, həm də söz sahibi olması baxımdan mühüm rol oynayır. Bu, eyni zamanda, bölgədə  sülhün əldə olunması və sıx əməkdaşlığın yaranmasında öz töhfəsini verir. Azərbaycanın əsas hədəfi qarşılıqlı maraqlar əsasında dünya ölkələri ilə  bərabərhüquqlu əsaslarla sıx əməkdaşlıq münasibətləri qurmaqdır”.

“Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü  üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. Zirvə görüşünün şüarının “Türk əsri” adlandırılması özlüyündə qarşıya qoyulan hədəfin göstəricisidir”.

Bu fikirləri Gununsesi.info-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva

Deputat bildirib ki,  Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir. 14 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.

Deputatın sözlərinə görə, Zirvə Görüşündə türk dövlətlərinin liderləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini xüsusi vurğulayıblar. Eyni zamanda,  TDT-nin daha bir önəmli missiyası tərəfdaşlıqdan inteqrasiyaya aparan yolla bağlıdır. Türk dövlətləri arasında intensivləşən inteqrasiya prosesini Türkiyə və Azərbaycanın apardıqları siyasətdən də aydın şəkildə görmək olur. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Biz digər türk dövlətlərinin prosesdə iştirakına maraqlıyıq. Bu baxımdan, Füzuli rayonunda Özbəkistan tərəfindən tikilib istifadəyə verilmiş məktəb və Qazaxıstan tərəfindən inşa olunan Yaradıcılıq Mərkəzi xalqlarımız arasında dostluq və qardaşlığın daha da dərinləşməsini göstərən faktlardır.

“Türk birliyinin  qlobal gücə çevrilməsi artıq reallığa dönməkdədir. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. Zirvə Görüşünün şüarının “Türk Əsri” adlandırılması da buna dəlalət edir. Eyni zamanda, dünyada baş verən mürəkkəb proseslər fonunda təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində də birgə addımların atılması aktualdır. Zirvə Görüşündə qəbul olunan Astana Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu hədəflərin reallaşmasını zəruri edir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info