Azərbaycanın energetika naziri ölkənin neft-qaz strategiyası barədə

Azərbaycanın energetika naziri ölkənin neft-qaz strategiyası barədə


Azərbaycanın neft və qaz sahəsindəki strategiyası etibarlı tərəfdaş olaraq qalmaqdan ibarətdir.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, bunu “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər iclasının yekununda mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Azərbaycan uzun illər ərzində özünü neft ölkəsi kimi göstərib.

P.Şahbazov əlavə edib ki, “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihəni həyata keçirməklə Azərbaycan iri qaz istehsalçısı və Avropaya iri qaz tədarükçüsü kimi tanınır: “Qaz neftlə müqayisədə ekoloji cəhətdən daha təmiz məhsuldur və ona tələbat bütün dünyada olduğu kimi, Avropada da artır. Bunu nəzərə alaraq qaz ixracatı ölkəmiz üçün prioritet məsələ olaraq qalır”.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi”Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Tədbirdə “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Gununsesi.info

COMMENTS