Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.
Gununsesi.info-nun məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.
Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib.
Gununsesi.info