Azərbaycanın Gürcüstandakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi yaradılıb.
Gununsesi.info-nun Gürcüstan bürosu xəbər verir ki, 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində yaradılmış 46 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.
Məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, Tbilisidə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Tbilisidə səfərdə olan və xidməti vəzifələrini icra edən ölkə vətəndaşları səs verə biləcəklər.
Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək.
Gununsesi.info