Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanılıb

“Aprelin 13-ü Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb”.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Xatırladaq ki, aprelin 10-u Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar.

 

 

Gununsesi.info