Azərbaycanın ilk azad qadını, ehtiras kraliçası: - Aygün Kazımova

  • By Admin2
  • 02 Oktyabr 2024 11:30

Onda bu yazını oxuyan adamların bir qismi uşaq idi, o söhbətlər dumanlı gələr. Bir qismi də böyük olsa belə dərk etməyə əksərən təfəkkürləri yol vermirdi.

Bəli, xüsusi ilə 90-lar, 2000-lərin əvvəllərində efirlər rəngarəng oldu, “mavi ekran” deyimi öz yerini tutdu.

İllərdir, xalqın beyninə qazılan klassik dəyərlər dağılmağa başladı, gözlərinin və özlərinin öyrəşdiyi mənzərələr bir andaca sovrulub getdi.

Efirlərə Röyalar, Faiqlər, Aygünlər gəldi. Gəlmişdilər, amma tam fərqli oldular. Açığı, elə daha çox qalanlar da onlar oldu.

Aygün qaldı bir də.

Heç kim incimirsə, gəlin, onun Azərbaycanın ilk azad qadını elan edək.

Ola bilər, kimlərsə Şərqdə ilk Demokratik Respublika söhbəti edər, azad qadın heykəlindən danışar, azadlıq bu deyil filan deyib, özünü ağıllı göstərər, qətiyyən. Söhbət müasirləşməkdə olan, bir addım atanda dəyəri dağılan cəmiyyətin görüntüsünü pozub, yeni görüntü yaradan Aygün Kazımovadan gedir.

O, Azərbaycan estradasının, şou-biznesinin, musiqi sənətinin ilk azad, fərəhli, seksistlik olmasın, kişi kimi qadınıdır.

Lori desək, “svoyskidir”, bədii desək, sənətkardır.

O, doğrudan da başqadır, fərqdir, fərddir.

Kiçik istisnaları çıxmaq şərti ilə ömür uzunu sənət yaradan, həyatı, yaşam şərtləri də standartlardan kənar olan bu xanım, sözün həqiqi mənasında simvoldur.

Heç kimin ağlı Sovetin tör-töküntülərinə, təbliğat məşhurlarına getməsin.

Gəlin, bunu da etiraf edək. Sənətin kişi cinsi tərəfində bu meyarları, dəyərləri, qaydaları Faiq Ağayev dağıtmışdı.

Fikir verin, bu illər uzunu gələn gəldi, gedən getdi, yerdə isə yenə elə daha çox bu iki adam qalı.

Başı bir qazanda qaynamayan iki qoç, masterlər.

Fəqət zəriflik ilahəsi, estetika nümunəsi, ehtiras kraliçası Aygün Kazımova-o, tam ayrıdır, onu yeri tam başqadır.

Yenə heç kim inciməsin, xüsusi ilə əksər xanım sənətçilər onun kölgəsində qaldı, böyüdü.

Azərbaycan estradasında sənətin yükü barmaq hesabı adamların çiynindədir.

Elə Aygünün, elə Faiqin.

Öz yolu, öz səsi, öz nəfəsi olan Aygünə kim çatdı?

Bu divaya tay kim oldu?

Hər kəs xatırlayır. İllər əvvəl sənətçilərə gey, fahişə, lütlənən kimi sözlər deyib, aşağılayırdılar. Guya hər şey çox gözəl idi, onlar da gəlib insanların əxlaqını pozdu. Cəmiyyətin indi belə artmayan təfəkkürü o yerdə idi, elə bilirdilər, xüsusi ilə o dövrlər fahişə, gey olmaq, efirə lüt çıxmaq asan məsələdir.

Elə bilirdilər, tabu qırmaq uşaq-muşaq işidir.

Yaxşı, tutalım, kimlərsə gey idi, kimlərsə fahişə idi, kimlərləsə yatır, durur, pul qazanırdılar.

Ortada sənət var idi? Var idi!

Ortada sənətkarlıq var idi? Var idi?

Bəs onda yataqdan, mətbəxtdən kimə nə və niyə nə?

Bu gün gənclikləri o illərə düşən əksər qadının azadlıq simvolu da Aygün idi. İnsanlar ona baxır, onu təkrarlamaq istəyirdilər. Onun kimi sevmək və sevilmək arzusunda idilər.

Sözsüz, hər şeyin nəhayəti sənətə dayanır.

Aygünü nə açıq-saçıqlığı, nə hansısa sevgi münasibəti, yaşam tərzi-heç nə e, heç nə, təkcə sənət qaldırdı. Digər məsələlər sənət ətrafı söhbətlərdir.

Orxan Saffari

Gununsesi.info