“Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik” - TÜRKİYƏ PREZİDENTİ

“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərini dəstəkləyirik”.

Gununsesi.info “Haber Global”-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, hər mübarizə istənilən kimi nəticə verməyə bilər, amma mübarizə etməyən əvvəldən təslim olmuş sayılır:

“Mənsubu olmaqdan şərəf duyduğum millətim isə tarix boyu heç vaxt mübarizədən qaçmayıb. Bu gün də siyasi, iqtisadi, hərbi, diplomatik, hansı sahədə olursa-olsun, mübarizə etməkdən tərəddüd etmərik”.

 

Gununsesi.info