“Azərbaycanın İsraildə səfirlik açmaq niyyəti qətiyyən, hər hansı ölkəyə mənfi mesaj vermək və ya təhlükə siqnalı kimi qəbul oluna bilməz”.
Bunun Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, dünya ölkələri ilə diplomatik əlaqələr yaratmaq ənənəsini biz yaratmamışıq.
“Dövlətlərarası əlaqələr ancaq diplomatik münasibətlər yolu ilə qurulur və biz də bu praktikadan yararlanaraq istənlən ölkə ilə əlaqələrimimizi inkişaf etdiririk. Necə ki, bu gün İran özü postsanksiya dövrü üçün bir vaxtlar onunla konfliktə olan ölkələri ilə münasibətlərinə yenidən baxır. Fransa, Almaniya, Böyük Britaniya, Amerika ilə əlaqələrini inkişaf etdirir, gələcəyə ünvanlanan əməkdaşlıq müqavilələri imzalayırlar. Bu gün biz Qərblə İran arasında münasibətlərin inkişaf etdirilməsi isitqamətində Avropa Birlyinin rəhbərliyindən tutumuş, digər Qərb ölkələrinin nümayəndələrinin tez-tez Tehrana səfərinin şahidi oluruq. Artıq səfirlikləri bağlanan Avropa ökələri bir-bir Tehranda öz diplomatik korpuslarının fəaliyyətini bərpa etməklə məşğuldur. Əgər yaxın gələcəkdə ABŞ-ın Tehranda səfirliyinin fəaliyyətini bərpa edərsə, buna təəccüblə yanaşmayacağıq”- deyə, millət vəkili vurğulayıb.
Z.Oruc əlavə edib ki, ABŞ-da prezident seçkilərində Tramp deyil, Hillari Klinton qalib gəlsəydi, bu əlaqələrin daha sürətlə inkişaf edəcəyinin şahidi olacaqdıq.
“Ona görə də Azərbaycanın İsraildə səfirlik açması nə İrana, nə də ki, digər ölkəyə qarşıdır və bu ölkə ilə münasibətlərin pis olması anlamına gəlməməlidir. Bu gün onsuz da İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir və mövcud əlaqələri daha da inkişaf etdirmək üçün Azərbaycanın da İsraildə səfirliyinin olması labüddür. Hesab edirəm ki, artıq bu yöndə real addımlar atmağın zamanı yetişib. Bu məsələ İsrailin Baş naziri Benyamin Netanyahunun bu gün Azərbaycana reallaşan səfərində olmsa da, növbəti mərhələ də bu qərar mütləq veriləcək”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info