Azərbaycanın İsraildəki səfiri Holokostla bağlı paylaşım etdi - FOTO

  • By admin
  • 18 Aprel 2023 10:03

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Holokost Anım Günü ilə bağlı paylaşım edib.

Səfir bu barədə “Twitter” hesabında bildirib.

“Biz Holokost qurbanlarının, sırf yəhudi olduqları üçün öldürülən altı milyon yəhudinin xatirəsini hörmətlə anırıq. Mən fəxr edirəm ki, Azərbaycan həmişə xeyli sayda yəhudiyə doğma evləri kimi olub, onlar antisemitizm olmadan, hamı ilə dinc yanaşı yaşayıblar”, – deyə Muxtar Məmmədov  paylaşımda qeyd edib.

Gununsesi.info