Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında 10-cu qızıl medalı

  • By admin
  • 13 May 2017 23:21

10 medal

Mayın 13-də cüdoçularımız IV İslam Həmrəyliyi Oyunlarında özlərinin altıncı, Azərbaycan milli komandasının isə 10-cu qızıl medalını qazanıblar.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın “Bakı-2017”də 10-cu qızıl medalı Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdoçu yarışında əldə edilib.

“Bakı-2017”də 70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı – Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.

Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Gununsesi.info