Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (KEVR) qaz operatoru “Bulgargaz”ın noyabr ayından yanacağın qiymətlərini iki dəfə endirmək təklifini qəbul edib
Gununsesi.info xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bolqarıstan tərəfi bildirib ki, qazın üç müxtəlif mənbədən verilməsini təmin etməklə, vətəndaşların yükünü yüngülləşdirmək mümkün olacaq. Xüsusilə, işə salınmış sistemlərarası Bolqarıstan-Yunanıstan qaz kəməri ilə Azərbaycandan ucuz qaz axını olacaq.
Gununsesi.info