
Qaradağ rayonu ərazisində yerləşən Qobustan Milli Tarixi-bədii Qoruğunun ərazisində çürümüş meyit aşkarlanıb.
Gununsesi.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, iyun ayının 26-da Qobustan Milli Tarixi-bədii Qoruğunun ərazisində çürümüş insan meyitinin aşkarlanması faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.