Gununsesi.info xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib. Təbrikdə deyilir:
Azərbaycan təhlükəsizlik orqanlarının tarixinin ən şərəfli səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər hər zaman təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması, yerləşdirilməsi ilə məşğul olmuş və xidmət boyu bu missiyanı inamla davam etdirmişdir”
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı altında,
DTX-nin xüsusən 44 günlük Vətən Müharibəsindəki ölkədaxili fəaliyyətinə nəzər salsaq, bu qurumun fəaliyyəti haqqında iftixarla danışmağa kifayət edər.
Bu möhtəşəm qələbənin əldə olunmasında Cənab General-Polkovnik Əli Nağıyevin xidmətləri danılmazdır.
Fəaliyyəti ictimaiyyət üçün əsasən açıqlanmayan xüsusi xidmət orqanları həmişə sirr olaraq qaldığından, böyük marağa səbəb olur.
Odur ki, sıravi vətəndaşlar təhlükəsizlik orqanlarının fəaliyyətinə qiymət vermək gücündə olmur.
Məhz bu günlər üçün düşmənin ‘basdırdığı minaların” zamanında ” zərərsizləşdirilməsi”, heç bir təxribatın baş tutmaması DTX-nin uğurlu fəaliyyəti sayılmalıdır.
İbad Hüseynov
Azərbaycanın Milli Qəhrəmanı