Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

21 Noyabr 2017 - 16:26

Azərbaycanın müdafiə naziri BƏƏ generalı ilə görüşüb- FOTO

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi ilə görüşüb.

Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikamızın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.
Ölkələrimiz arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğu görüşdə onun inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edilib. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də Azərbaycan-BƏƏ əməkdaşlığının genişləndirilməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, eləcə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfə verəcəkdir.

Gununsesi.info