Azərbaycanın neft-qaz sektoruna sərmayələr 18% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft-qaz sektoruna 2 778,4 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% çoxdur.

Dövlət Statistika Komitəsindən Gununsesi.org-a verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun  aylarında ölkənin neft-qaz sektoruna 2 358,9 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

 

 

Gununsesi.org