Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib

  • By ilhame
  • 25 İyul 2024 20:41

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

 

Gununsesi.info xəbər verir ki, B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.

Gununsesi.info