Azərbaycanın ötənilki dövlət büdcəsində 2 milyard manata yaxın kəsir olub

  • By arzu
  • 13 Yanvar 2021 11:30

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 673,1 milyon manat, xərcləri isə 26 417,1 milyon manat təşkil edib.

 

Gununsesi.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 1,9% və 8,2% çoxdur.

Son nəticəsə büdcədə 1 744 milyon manat kəsir yaranıb. Halbuki, ötən ilin yanvar-noyabr aylarının yekununda büdcədə 78,4 milyon manat qalıq var idi.

Gununsesi.org