Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub

  • By ilhame
  • 17 İyul 2024 20:11

Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub.

Gununsesi.info xəbər verir ki, bu vəzifəni qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.

Gununsesi.info