Azərbaycanın qətnamə layihəsi ATƏT PA-nın gündəliyinə daxili edilib

  • By admin
  • 06 İyul 2017 11:18

atet

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasının əsas devizi ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi mövzusuna həsr edilib.

Gununsesi.info məlumat verir ki, əvvəlcə Daimi Komitənin iclası keçirilib. İclasda sessiyanın gündəliyinə salınacaq qətnamə layihələri müzakirə edilərək səsverməyə qoyulub. Təqdim olunan 15 qətnamə layihəsindən 14-ü sessiyanın gündəliyinə daxil edilib.

Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” adlı qətnamə layihəsi də gündəliyə daxil edilən yeddinci layihə olub. Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa töhfə verməyi və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində yaymağı nəzərdə tutur.

Gununsesi.info