Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir

  • By ilhame
  • 27 Sentyabr 2023 19:32

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

Gununsesi.info