Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54 % artıb

  • By ilhame
  • 12 Sentyabr 2024 13:29

Bu ilin I yarısında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 54,4 % artaraq 1,7 milyard ABŞ dolları təşkil edib.

 

Gununsesi.info bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın dəyərinin (946,6 milyon ABŞ dolları) idxalın dəyərini (717,3 milyon ABŞ dolları) üstələməsi nəticəsində 229,3 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25,7 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34 % artıb.

 

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 717,3 milyon ABŞ dolları olub. Bunun 78,8 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Gununsesi.info