Azərbaycanın qeyri-neft ixracı 184 milyon dollar artdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsulları ixracı 70,2 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon dollar və ya 21 faiz azdır. 2024-cü ilin eyni dövründə ixracın həcmi 88,9 milyon dollar idi.

Gununsesi.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanın qeyri-neft-qaz məhsullarının əsas ixrac istiqamətləri Rusiya (33,2%), Türkiyə (16,5%), İsveçrə (9,4%), Gürcüstan (9,2%), Ukrayna (5,6%), BƏƏ (3%), Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2%) və Türkmənistandır (1,9%). Digər ölkələrin payına ümumi ixracın 14,6 faizi düşür.

Ümumilikdə, bu ilin ilk doqquz ayında Azərbaycanın müxtəlif ölkələrə qeyri-neft məhsulları ixracı 2 milyard 649 milyon dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5 faiz çoxdur.

 

Gununsesi.info