“Bu iki gün ərzində biz Qoşulmama Hərəkatını (QH) maraqlandıran və birgə narahatlıq doğuran mövcud, yeni və meydana çıxmaqda olan məsələləri müzakirə etdik”.
Gununsesi.info bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bunu aprelin 5-6-da Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransındakı yekun nitqində bildirib.
E.Məmmədyarov deyib ki, dünyadakı böhran, təhdid və çağırışlar dövlətlərin iqtisadi inkişaf, təhlükəsizlik, insan hüquqları, qanunun aliliyi kimi dəyərlərdən istifadəsinə əngəl yaradır.
Nazir bildirib ki, Hərəkat bütün bu hallara prinsipial mövqe sərgiləyib. “Biz bir daha təsdiq etdik ki, beynəlxalq münasibətlərin subyektlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşması ciddi narahatlığa və qınağa səbəb olan məsələdir.
Biz əminik ki, Bakı Nazirlər Konfransının yekun sənədi beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa töhfə verəcəkdir”.
Gununsesi.info