
Çinin ilk kosmik stansiyası “Tyanqun-1” (Səma sarayı-1) atmosferə daxil olaraq bir həftə ərzində yanmağa başlayacaq və onun parçaları Yerə düşəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Çinin yanan kosmik stansiyasının hissələrinin Dağıstanın Cənub, Azərbaycanla sərhəddə yaxın əraziyə düşəcəyi gözlənilir. Çinlə Rusiya arasında aparılan danışıqlara əsasən kosmik stansiyasnın Dağıstanın Cənub hissəsində Azərbaycana yaxın ərazidə yerə düşməsinə razılıq verib.
Avropa Kosmik Agentliyinin verdiyi məlumata əsasən kosmik stansiya hazırda 200 km hündürlükdə yerləşir və stansiyanın hər gün 4 km enməsi müşahidə olunur. Yaxın günlərdə isə enmənin sürətlənməsi gözlənilir. Yerə 70 km məsafədə isə stansiya parçalanacaq. Parçalanan hissələrin Dağıstanın Cənub hissəsinə düşəcəyi də ehtimal olunur.
Qeyd edək ki, stansiya fəaliyyətini 2016-cı ilin martında dayandırıb. Onun 2017-ci ildə yanaraq yerə düşəcəyi gözlənilsə də, proqnozlar özünü doğrultmadı. Stansiyanın 2018-ci ilin yazında fəaliyyətini tamamilə dayandıraraq yanacağı bildirilir.
Kosmik stansiya 2011-ci ilin sentyabrın 29-da kosmik fəzaya buraxılıb. Bununla da Çin ABŞ və Rusiyadan sonra dünyada üçüncü kosmik stansiyaya sahib ölkə olub.
“Səma sarayı”nı orbitdə çinli kosmonavtlar, o cümlədən iki çinli qadın kosmonavt ziyarət edib.
Gununsesi.info