Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir – BURCANADZE

  • By admin
  • 28 May 2022 22:43

Mənim üçün gürcü xalqı necə əzizdirsə, Azərbaycan xalqı və dövləti də bir o qədər əzizdir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze, deyib.

HTML tutorial

O, Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu qeyd edib:

“Gürcüstan üçün Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir. İki ölkə arasında bir sıra siyasi və iqdisadi əlaqələr və ən əsası dostluq münasibətləri mövcuddur. Azərbaycanla bu dərin dostluq münasibətlərimiz nəinki belə davam etməli hətta daha da dərinləşdirilməlidir. Mən azərbaycanlı dostlarımızı müstəqillik günü münasibətilə səmim qəlbdən təbrik edirəm. Hər il bu günün uğur, inkişaf və rifah gətirməsini diləyirəm”.

Gununsesi.info