
Azərbaycanın strateji valyuta ehtiyatları 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd. ABŞ dolları artaraq bu ilin əvvəlinə 42 mlrd. dollar təşkil edib.
Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə hesabat ilində 34% artaraq 2018-ci ilin əvvəlinə 5, 3 mlrd. dollara çatıb.
Gununsesi.info












