Azərbaycanın tarixi paytaxtında aksiya: - Metro pulsuz oldu

  • By Günel
  • 13 Yanvar 2025 22:39

Təbriz metrosu bu gün pulsuz xidmət göstərib. Aksiya havanın çirklənməsi ilə mübarizə çərçivəsində keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, vətəndaşların şəxsi maşından istifadəsini azaltmaq və bununla da hava çirklənməsinin qarşısının alınmasına töhfə vermək məqsədilə metro bir günlük pulsuz olub.

Şəhər rəhbərliyi havanın çirklənməsinin artması ilə əlaqədar vətəndaşları lüzumsuz səfərlərdən çəkinməyə və mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

Gununsesi.info