“Biz yaxın vaxtlarda Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılmasının şahidi olacağıq”.
Gununsesi.info xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi “Mehr” Agentliyinə müsahibəsində bildirib.
Lakin keçmiş səfir Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpasına dair konkret vaxt açıqlamayıb.
Seyid Abbas Musəvinin sözlərinə görə, İranda hakimiyyətə Məsud Pezeşkianın dövründə Azərbaycanla münasibətlərin yaxşı istimqaətdə inkişafına şahidlik edəcəyik.
İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu isə mətbuata deyib ki, Azərbaycanın Tehrandakı səfirliyini yaxın 15-20 gün ərzində yenidən açılacaq.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirilib.
Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş – Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq, diplomatları təxliyə edib.
Gununsesi.info