“Azərbaycanın turizm potensialı dünyanın tanınmış telekanallarında  təbliğ ediləcək” - NAZİR MÜAVİNİ

  • By admin
  • 13 Noyabr 2017 11:52

Azərbaycanın turizm potensialı dünyanın tanınmış telekanallarında  təbliğ ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər  Bayramov bu gün parlamentdə Hüquq siyasəti, dövlət quruculuğu, İnsan haqqalrı, Mədəniyyət, Regional məsələlər, Gənclər və mədəniyyət komitələrinin birgə iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu məqsədlə 2018-ci il büdcəsində 3,5 milyon manat vəsait ayrılıb: “Bu vəsait hesabına dünyada tanınmış telekanallarda Azərbaycanın turizm potensialı təbliğ olunacaq”.

Nazir müavini onu da əlavə edib ki, növbəti ildə sosial mənzillərin tikintisinə vəsait 66,7 faiz artırılıb. Belə ki, 2018-ci ildə sosial mənzillərin tikintisinə 250 milyon manat ayrılması proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 100 milyon manat, faizlə müqayisədə isə 66,7 faiz çoxdur”.

Mürtəza

Gununsesi.info