Azərbaycanın U-16 basketbol millisi finala yüksəlib

  • By ilhame
  • 13 İyul 2024 19:53

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

 

Gununsesi.info xəbər verir ki, Albaniya ilə qarşılaşan yığmamız 92:62 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib.

Gununsesi.info