Azərbaycanın U-19 komandası Ukrayna millisinə məğlub oldu

  • By admin
  • 15 Sentyabr 2016 21:46

uefa3

Sentyabrın 15-də 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda Azərbaycan yığması ilk oyununu keçirib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna komandası ilə qarşılaşıb.

Rumıniyalı baş hakim Kristina Bujorun idarə etdiyi oyunun 13-cü dəqiqəsində millimizin futbolçusu Kristina Bakaranadze hesabı açıb. Görüşün 26-cı dəqiqəsində ukraynalı futbolçu İrina Rıbalkina hesabı bərabərləşdirib və matçın ilk hissəsi heç-heçə yekunlaşıb – 1:1.

Ukrayna millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 62-ci dəqiqəsində Yuliya Şevçuk hesab arasındakı fərqi artırıb.

Beləliklə, görüş Ukrayna millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrup mərhələsi çərçivəsində ilk oyunda İspaniya millisi Latviyanı 18:0 hesabı ilə məğlub edib.

Gununsesi.info