Azərbaycanın U-19 millisi yoldaşlıq turnirində sonuncu oyununu keçirib

  • By ilhame
  • 10 İyun 2024 23:06

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.

 

Gununsesi.info xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.

 

Qeyd edək ki, U-19 turnirin ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub – 0:5.

Gununsesi.info