Azərbaycanın U-21 millisi Serbiyaya məğlub olub

  • By ilhame
  • 10 Sentyabr 2024 20:58

Avropa çempionatının seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.

Gununsesi.info-nun məlumatına görə, “Dalğa Arena”da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu – altıncı pillədə qərarlaşıb.

Gununsesi.info