“2017-ci ildə Azərbaycandakı iqtisadi və siyasi vəziyyət dünyada gedən proseslərdən asılı olacaq. Çünki Azərbaycan dünyanın bir parçası olduğunudan, dünyada baş verən proseslərdən kənarda qala bilməz. Və istər-istəməz dünyadakı proseslər Azərbaycana da öz təsirlərini göstərir”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkədki vəziyyət 2016-ci ildə başladlan iqtisadi, siyasi islahatların davam ili olacaq. “Azərbaycanın iqtisadi durumu dünyada gedən siyasi proseslərdən və iqtisadi amillərdən asılı olacaq. Yox, əgər kimsə durub deyirsə ki, 2017-ci ildə elə yox, belə yaşacağıq, yağ-bal içində üzəcəyik. Bu yanlış düşüncədir. Bu onda onu göstəriri ki, Azərbaycan dünyadan təcridolunmuş vəziyyətə yaşayır. Axı, bu belə deyil. Biz dünyanın bir parçasıyıq və dünyada gedən proseslər bizlərə öz təsirini göstərir. Ölkənin daxili və xarici siyasətində öz izlərini buraxır. Ona görə də bu il vəziyyət dünyadakı vəziyyətdən asılı olacaq. Dünyada nələr olacaq?! Dünya gücləri arasındakı vəziyyət necə olacaq? Beynəlxaql münasibətlərdə vəziyyət necə olacaq? Müsbətə doğrumu, yoxsa mənfiyə doğrumu gedəcək?! Dünyanın super gücü olan Amerikanın yeni prezidentinin xarici siyasəti necə olacaq? Əvvəlki kimi yenədəmi “parçala, hökm sür”, siyasətini davam etdirəcək. Yoxsamı seçkiöncəsi dediyi kimi amerikalıların kifayətə qədər problemi var və onların problemlərinin həlli iləmi məşğul olacaq?!. Bu gün dünyadakı vəziyyət Amerika Rusiya qarşıdurmasının necə davam etməsindən asılıdır. Bu proseslər necə inkişaf edəcək?! Bax Azərbaycanın da vəziyyəti bu proseslərdən asılı olacaq. Bu gün kimsə desə ki, Azərbaycanda bolluq olacaq və heç bir problem olmayacaq, bu sadəcə xoşagəlmək üçün deyilən fikirlərdir.Odur ki, vəziyyəti yaşayıb görərik. Dünya necədirsə, Azərbaycanda da vəziyyət elə olacaq”- deyə, millət vəkili vurğulayıb.
F.İbrahimli 2017-ci ilin ölkəmiz üçün düşərli il olacağına ümidvar olduğunu bildirdi: “Təəssüflər olsun ki, bir çox hallarda nədənsə əksəriyyət daha çox iqtisadi vəziyyəti qabardır və bu da başadüşüləndir. Ancaq Azərbaycandakı siyasi sabitlikdən az söz açılır. Dünyanın od-alov içərisində yaşadığı, terrorla mücadilə aparıldığı bir dönəmdə Azərbaycanda dünyaya nümunə ola biləcək bir siyasi sabitlik hökm sürür. Biz bunun qədrini bilməliyik. Bu böyük nemətdir”.
F.İbrahimli həmçinin 2017-ci il Azərbaycan torpaqlarının işğalına son qoyulduğu il kimi yadda qalmasını arzi edib. O bildirib ki, torpaqlarımız işğaldan azad olunsun və başımız üzərindən asılna bu, Domokl qılıncından xilas olaq.
Mürtəza
Gununsesi.info