

Azərbaycanın 2016-cı ildə 8 ayında valyuta ehtiyatı 40,1 mlrd dollar təşkil edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2017-ci il dövlət büdcəsinin layihəsində qeyd edilib.
Valyuta ehtiyatının 35,9 mlrd. Dollar Dövlət Neft Fondunun aktivləri, 4,2 mlrd dolları isə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları təşkil edir.
Bundan əlavə 2017-ci ildə Azərbaycan iqtisadiyyatında ÜDM-in resal artımı 1 faiz nəzərə almaqla 61,4 mlrd dollar təşkil edəcək.
Layihədə 2018-2020-ci illərdə ÜDM-in artım tendensiyasının müşahidə olunacağı və 2020-ci ildə iqtisadiyyatda ÜDM-in real artımı 2,4% təşkil edəcək.
Mürtəza
Gununsesi.info